RU

Braziliya prezidenti Ukraynada münaqişənin tezliklə bitəcəyini deyib

Ukraynada silahlı münaqişə sona çatır.

Editor.az xəbər verir ki, bu fikir Braziliya prezidenti Lula da Silvanın YouTube kanalında yayımlanan hökumətin iclasında səsləndirilib.

Onun sözlərinə görə, münaqişədə olan hər iki tərəf döyüşü davam etdirmək imkanlarının sərhədlərini bilir. Braziliya lideri bunun həm Avropaya, həm də ABŞ prezidenti Donald Trampa aid olduğunu vurğulayıb.

“Ona görə də mən hesab edirəm ki, onlar sadəcə olaraq münaqişənin bitdiyini bəyan etməyə cəsarət tapacaqları anı gözləyirlər”, – o bildirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
19
editor.az

1Источники