ABŞ administrasiyası hazırda Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.
Vətəninfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp prezidentlər kabinetinin iclasında bildirib.Onun sözlərinə görə, ABŞ artıq Ukraynanı maliyyələşdirmir, lakin o, NATO-ya çoxlu sayda raket və hərbi texnika satır və onları tədarük etməyə davam edəcək. “Biz mümkün qədər təmin etməyə çalışırıq. Onlar Amerikanın hərbi məhsullarını istəyirlər”, – Tramp deyib.