RU

Kəlbəcərdəki hadisə ilə bağlı AÇIQLAMA

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Hafta.az xəbər verir ki, Kəlbəcər rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, sözügedən hadisə 26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib:

“Heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə mövcud deyil. Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

Избранный
29
4
hafta.az

6Источники