RU

Bakıda çinli turistlər üçün “China Ready” proqramının təqdimatı keçirilir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 avqust, AZƏRTAC

Avqustun 27-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan “China Ready” proqramının təqdimatı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə mehmanxana, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinin iştirakı nəzərdə tutulur.

İştirakçılara Çin bazarına və çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu, turizm məhsulunun hazırlanması, istehlakçı davranış modelləri və Çin bazarına çıxış strategiyaları üzrə təqdimatlar ediləcək, sənaye nümayəndələri üçün təlim və müzakirə sessiyaları təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
3
azertag.az

4Источники