BAKI, 27 avqust. TELEQRAF
"Gələn il üçün Azərbaycan Turizm Bürosunun Çin Xalq Respublikasında daimi nümayəndəliyinin açılması nəzərdə tutulur."
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Çin turizm bazarına hazırlıq" proqramının təqdimatı zamanı bildirib.
"Çin bizim üçün əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir."- deyə sədr qeyd edib.
Əlavə olaraq, F. Nağıyev qeyd edib ki, ötən il Azərbaycana səfər edən çinli turistlərin sayı 2023-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artıb:
"2024-cü il ərzində Azərbaycan Respublikasına səfər edən Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93% artaraq 44 800 nəfər olub. Bu ilin 7 ayı ərzində isə 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56% artım deməkdir."