RU

İsrail Dəməşqə zərbələr endirdi - 6 Suriya əsgəri həlak oldu

İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın Dəməşq çölündə yerləşən Qusvah bölgəsinə hücum edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 6 Suriya əsgərinin həyatını itirdiyi bildirilir.

Məlumata görə, İsrail PUA-ları avqustun 26-da günorta saatlarında Dəməşqin cənub-qərbində yerləşən Qusvah bölgəsində Suriya ordusunun bir neçə mövqeyini hədəfə alıb.

Eyni zamanda, "Əl-İhbariyyə" xəbər verib ki, İsrail hərbçiləri Quneytranın şimalında yerləşən Tiranca kəndində bir evə hücum ediblər və nəticədə bir mülki şəxs həyatını itirib.

Избранный
15
manset.az

1Источники