RU

İranın bu rəsmilərinin mövqeyi bizim üçün əhəmiyyətli deyil

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla, o cümlədən iki prezidentin administrasiyaları arasında münasibətlərin konstruktiv, mehriban olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyinə gəlincə, Azərbaycan bunu çox əsaslı və çox müsbət hesab edir.

“Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur”.

Digərlərinin mövqeyinə gəlincə isə Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasətini İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qurur:

“Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm. Dərhal reaksiya oldu... Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq. Beləliklə, bizim üçün hər şey aydındır”.

Избранный
80
publika.az

1Источники