RU

Bu gün Liqa mərhələsinin son 4 iştirakçısı bəlli olacaq -

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. Metbuat.az xəbər verir ki, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibi bəlli olacaq.Günün ilk matçında "Qarabağ" Bakıda Macarıstanın "Ferensvaroş" kollektivini qəbul edəcək.Türkiyənin "Fənərbağça" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.Bundan başqa, "Brügge" Belçikada Şotlandiyanın "Reyncers", "Kopenhagen" isə Danimarkada İsveçrə "Bazel"ini sınağa çəkəcək.İlk oyun günündə Qazaxıstanın "Kayrat", Norveçin "Budyo/Qlimt" və Kiprin "Pafos" klubları turnirin Liqa mərhələsinə vəsiqə qazanıb.UEFA Çempionlar LiqasıPley-off mərhələsi, cavab görüşləri27 avqust20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan)İlk oyun - 3:123:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)İlk oyun - 0:023:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)İlk oyun - 1:123:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 3:1

Избранный
17
3
metbuat.az

4Источники