RU

Limonlu suyun sağlamlıq üçün 5 faydası

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Limonlu su nədir?

Limonlar və digər sitrus meyvələr rəngli, çuxurlu qabıqları və turş, təzə dadı ilə tanınır.

Limonlu su limon meyvəsinin şirəsinin su ilə qarışdırılmasıdır. İsti və ya soyuq içilə bilər.

İçərisinə limon qabığı, bal, nanə ,zərdəçal və acı bibər kimi ədviyyatlar da əlavə oluna bilər.

Limonlu suyun sağlamlıq faydalarına bunlar daxil ola bilər:

Limonlu suyun qida faydaları

Bir stəkan (150 ml) limonlu su (1 limonun şirəsi ilə hazırlanmış) təxminən aşağıdakıları təmin edir:

Limonlu suyun sağlamlığa təsir edən 5 faydası

Limonlu su içməyin arıqlamağa, həzmin yaxşılaşmasına, bədənin "qələviləşdirici" təsirinə, dərinin yaxşılaşmasına və detoksifikasiyaya təsiri kimi bir çox iddiaları eşitmisiniz.

Xüsusilə insanlar üzərində aparılan tədqiqatlar bu iddiaları bir o qədər dəstəkləməsə də, biz bu iki inqrediyentin (limon və su) ayrı-ayrılıqda faydalarına baxaq:

1. Hidratasiya mənbəyi

Su həyati bir qida maddəsidir və onsuz yalnız bir neçə gün yaşaya bilərik. Əslində, o, körpələrin bədən çəkisinin 75 faizini, böyüklərdə isə 55 faizini təşkil edir. Əgər su içməkdə çətinlik çəkirsinizsə, isti və ya soyuq suya limon əlavə etmək onu daha dadlı edə bilər.

Susuzluq baş ağrısı, başgicəllənmə və yorğunluqla özünü göstərə bilər – xüsusilə isti havada və ya idman edərkən kifayət qədər maye qəbul etmək vacibdir.

Mütəxəssislər gündə 6-8 stəkan maye içməyi, əsasən, su içməyi tövsiyə edir.

2. C vitamini mənbəyi

Əsrlər boyu limonlar, C vitamini (askorbin turşusu) çatışmazlığından yaranan, indi isə nadir görülən skorbut xəstəliyinin müalicəsində yüksək qiymətləndirilib.

C vitamini tez-tez immun sistemini dəstəkləməsi ilə əlaqələndirilir, lakin araşdırmalar hələ də yekun sözü deməyib.

Bir araşdırma göstərib ki, C vitamini sağlam insanlarda soyuqdəymənin qarşısını almasa da, simptomların davametmə müddətini qısalda bilər və qısa müddətli ekstremal fiziki stressə (məsələn, marafon qaçışı) məruz qalan insanlarda soyuqdəymə riskini yarı-yarıya azalda bilər.

3. Dəri sağlamlığını dəstəkləyə bilər

Bəzi sübutlar C vitamini (askorbin turşusu) və sitrus meyvələrində olan flavonoidlər – qoruyucu birləşmələr – ilə dəri vəziyyətinin yaxşılaşması arasında əlaqə qurur.

C vitamini bədəndə kollagen istehsalına kömək edir, bu da dərinin möhkəmliyinə təsir edir.

Maraqlıdır ki, 2016-cı ildə aparılan bir araşdırma siçanlarda sitrus əsaslı meyvə şirəsinin, vaxtından əvvəl dəri qocalmasına səbəb olan zərərli təsirlərin qarşısını ala biləcəyini göstərib.

4. Həzmi yaxşılaşdıra bilər

Bəzi insanlar, xüsusilə səhər tezdən bir stəkan limonlu su içməyin həzm fəaliyyətini yaxşılaşdırdığını deyirlər.

Bu, əsasən subyektivdir, amma siçanlar üzərində aparılan tədqiqatlar ümidverici nəticələr göstərir.

2019-cu ildə aparılan bir araşdırmaya görə, limon polifenolları ilə zəngin içkinin ömür boyu qəbulu bağırsaqdakı faydalı bakteriyaların tarazlığındakı dəyişikliklər də daxil olmaqla, yaşla bağlı bağırsaq dəyişikliklərini gecikdirə biləcək.

5. Böyrək daşlarının qarşısını ala bilər

Limon suyundakı sitrik turşu, kalsium oksalat yığılması nəticəsində yaranan böyrək daşlarının qarşısını almağa kömək edə bilər.

Həmçinin, su orqanizmin nəm balansını qorumağa və potensial daşları yuyub atmağa kömək edə bilər.

Limonlu su hamı üçün təhlükəsizdirmi?

Ümumiyyətlə, əksər insanlar üçün təhlükəsizdir, amma bəzi məqamları nəzərə almaq lazımdır.

Buraya diş minası aşınması ehtimalı və turşuluğa həssas olanlarda (məsələn, qastrit, reflü və ya mədə yanması olanlar) simptomların artması daxildir. Lakin bu təsir insandan insana dəyişir və bəzi mədə yanması olan şəxslər limonlu sudan sonra, əksinə, rahatlıq hiss edə bilər.

Ümumilikdə, limonlu su sizin üçün faydalıdırmı?

Əgər susuz qalmaqda çətinlik çəkirsinizsə, limonlu su sağlam seçimdir.

Su həyatımız üçün vacibdir, buna görə kifayət qədər qəbul etdiyinizdən əmin olmalısınız.

Limon əlavə etmək isə C vitamini faydası gətirir – bu, soyuqdəymə ilə mübarizədə, dəri sağlamlığında və böyrək daşlarının qarşısının alınmasında köməkçi ola bilər.

Bundan əlavə, səhər tezdən limonlu su içmək həzmi yaxşılaşdıra və zamanla bağırsaq sağlamlığını dəstəkləyə bilər.

Limonlu su necə hazırlanır

Limonlu su sadəcə limonun şirəsinin və ya qabığının suya əlavə edilməsidir.

İsti və ya soyuq olması sizin seçiminizdir. İstəsəniz portağal və ya nanə kimi digər inqrediyentlər də əlavə edə bilərsiniz.

Limonlar əvvəlcədən sıxılıb saxlanıla bilər, hətta buz qablarında dondurula bilər.

Limonu əlinizdə və ya masa üzərində diyirlətmək daha çox şirə çıxarmağa kömək edir.

Əgər limon qabığından istifadə edəcəksinizsə, mumlanmamış limon seçin. Yalnız mumlanmış limon varsa, qabığını istifadə etməzdən əvvəl yumşaq şəkildə təmizləyin.

Избранный
160
bbc.com

1Источники