RU

Samvel Karapetyan siyasi arenaya çıxır

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Johovurd” qəzetinin məlumatına görə, yeni partiya Karapetyanın işlətdiyi “özünəməxsus qaydada” ifadəsi ilə əlaqələndiriləcək. “Sentyabrda partiyanın qurultayı keçiriləcək. Bundan sonra Karapetyanın qardaşı oğlu Narek Karapetyan faktiki olaraq partiyanı açacaq və yeni siyasi qüvvənin qeydiyyatı üçün Ədliyyə nazirliyinə müraciət edəcək”, - qəzet yazır.

Karapetyan meydana gəncləri atır

Xatırladaq ki, “Taşir” şirkətlər sahibi Samvel Karapetyan iyunun 18-də Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. Cinayət işi onun bir gün əvvəl erməni kilsəsini müdafiə edən çıxışından sonra açılıb. Bundan sonra Ermənistan hökuməti Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” şirkətini milliləşdirmək və hərraca çıxarmaq qərarını açıqlayıb. “Taşir” şirkətlər qrupuna münasibətdə axtarışlar və həbslər aparılıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
azvision.az

1Источники