Bakı. Trend:
Bu ilin 7 ayı ərzində isə 34 mindən çox Çin vətəndaşı ölkəmizəgəlib ki, bu da 56% artım deməkdir.
Trend xəbərverir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev“China Ready”proqramının təqdimatı mərasimində çıxış edərkəndeyib.
O qeyd edib ki, bu gün biz ölkəmizə gələn çinli turistlərinAzərbaycanda daha rahat qonaqlamasını təmin etmək, yerli turizmsənayesinin çinli turistləri qəbul etmək üçün hazırlıq səviyyəsininartırılmasına istiqamətlənmiş “China Ready” konsepsiyasını təqdimedirik:
"“China Ready” proqramı beynəlxalq səviyyədə tanınan təlim vəsertifikatlaşdırma sistemidir.
Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyitərəfindən rəsmi şəkildə tanınır və çinli turistlərin qəbulu üçünvacib tələbləri müəyyənləşdirir.
2002-ci ildə yaradılan proqram bu gün də Çin turizm bazarındarəqabət qabiliyyətini artırmaq istəyən ölkələr və təşkilatlar üçünnümunəvi model olaraq qalmaqdadır.
Biz də öz növbəmizdə ölkəmizdə turizm sənayesi nümayəndələrininçinli ziyarətçilər üçün tam hazırlıqlı olması məqsədilə proqramıntətbiqinə dəstək veririk".
Sədrin sözlərinə görə, layihə çərçivəsində hotellər, nəqliyyatxidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizmsənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək.
"Əminəm ki, bu layihə mövcud və gələcək əməkdaşlığınmöhkəmlənməsi, ikitərəfli turizm əlaqələrinin yeni səviyyəyəyüksəlməsinə öz töhfəsini verəcək.
Bir daha qeyd edim ki, Çin bizim üçün əsas turizm bazarlarındanbiridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini dahada genişləndirmək niyyətindədir"- deyə o əlavə edib.