RU

Qurbağalar rahat cütləşsin deyə 40 min dollara tunel tikdilər - FOTO

ABŞ-nin Nyu York ştatında Brukhaven qəsəbəsində tikilən tunel qısa zamanda gündəm olub.

Paralel.az xəbər verir ki, buna səbəb “Eşq tuneli” adlanan keçidin qurbağaların cütləşməsi üçün tikilməsidir.

Belə ki, avtomobil yollarında qurbağaların tələf olmasının qaşrısını almaq üçün belə bir addım atılıb.
Təxminən 40 min dollara başa gələn tunelin inşası 2 il əvvəl tamamlanıb. Heyvanları təhlükəsiz formada tunelə yönləndirmək üçün bu yaxınlarda alüminium hasar da əlavə edilib.

“Qurbağalar indi gölməçələrə təhlükəsiz şəkildə çata bilir. Cütləşmə mövsümü risksiz davam edir. Ölüm nisbəti demək olar ki, sıfıra enib”,- deyə ətraf mühit üzrə analitik Luk Ormand deyib.

Layihənin yaradıcısı Törnr 4 il əvvəl baş vermiş faciəli hadisədən sonra belə bir qərar verdiyini söyləyib. O, maşın sürərkən yüzlərlə əzilmiş qurbağa ilə qarşılaşdığını qeyd edib Bu hadisədən sonra o və komandası piyadaların çimərliyə çatmasına imkan verən yeraltı keçidlərdən ilhamlanaraq xüsusi olaraq qurbağalar üçün bir sistem hazırlayıb.

Mütəxəssislərin sözlərinə görə, bölgədə yenidən qurbağa səsləri çoxalıb və ekosistem canlanmağa başlayıb.

Billurə

Избранный
5
2
paralel.az

3Источники