RU

Sabah yağış yağacaq, dolu düşəcək

Bakı. Trend:

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəziyerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, doludüşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə dumanolacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Избранный
76
49
az.trend.az

10Источники