RU

Naxçıvanda Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi üçün bina tikiləcək

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binasının layihələndirilməsi xidmətinin satınalınmasına başlayıb.

Nazirliyin mətbuat xidmətindən “Xaql” qəzetinə bildirilib ki, uyğun layihə seçildikdən sonra binanın tikintisinə start veriləcək.

Yeni binanın tikintisi Mərkəzin fəaliyyətlərinin daha da genişlənməsinə xidmət edəcək.

Hazırda nazirliyin binasında yerləşən Laboratoriyalar Mərkəzi fermerlərə torpaq analizlərinin, aqrokimyəvi analizlərin aparılması ilə bağlı xidmətlər göstərir.

Qeyd edək ki, torpaq analizləri aqrar subsidiyaların alınması üçün vacib prosedurlardandır.

XQ

Избранный
24
7
xalqqazeti.az

8Источники