RU

"Araz-Naxçıvan" ÇL-də ilk matçına çıxır

Ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" bu gün ilk oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, Avstriyada təşkil olunan ilkin mərhələ çərçivəsində naxçıvanlıların rəqibi Şimali İrlandiya çempionu "Sparta Belfast" olacaq.

Oyun saat 19:30-da başlayacaq. 

Beləliklə, "Araz-Naxçıvan" ötən il olduğu kimi, bu dəfə də ilk görüşdə Şimali İrlandiya təmsilçisi ilə qarşılaşacaq. 2024-cü ilin avqustunda İsveçdə baş tutan görüşdə “qırmızı-ağlar” bu rəqibini 7:1 hesabı ilə məğlub etməyi bacarmışdı. 

Rusiyalı baş məşqçi Yevgeni Kukseviç Avstriyanın Linz şəhərində bu futzalçıların xidmətindən yararlanacaq: 
  
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli
Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertuola, 10. Perruzo, 49. Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 9. Alleks Rezende, 15. Aleks Teyxeyra

Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupda "Araz-Naxçıvan"ın növbəti rəqibləri "PYF Saltires" (Şotlandiya) və "Ljuti Krajişniçi" (Avstriya) olacaq. naxçıvanlılar ilk oyununu 27 avqustda Şimali İrlandiya çempionuna qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

19:00. Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya)
Hakimlər: Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Vladimir Sebek (Monteneqro).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
27 avqust. Linz. NMS İdman Sarayı. Saat 

Mirağa

Избранный
31
fanat.az

1Источники