Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalsa da, bir sıra universitetlər tələbələri rektorsuz qarşılayacaq.
Modern.az-ın məlumatına görə, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.
Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin olunub. O, rektorun səlahiyyətlərini icra edir.
Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad olunub.
Bakı Xoreoqrafiya Akademiyasının sonuncu rektoru Timuçin Əfəndiyev 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun 80 yaşı var və hazırda təqaüddədir. 4 ildir ki, rektor vəzifəsini Akademiyanın Tədris işləri üzrə prorektoru Əməkdar artist Nailə Məmmədzadə icra edir.
10Источники
-
olaylar.azBu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI ( 20760186)
-
news24.azBu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı ( 20746779)
-
yenisabah.azRektorsuz qalmış universitetlər: Tələbələri kim qarşılayacaq? ( 20755857)
-
yenisabah.azRektorsuz qalmış universitetlər 1 ay qalıb ( 20755830)
-
milli.azBu universitetlər tələbələri rektorsuz qarşılayacaq - SİYAHI ( 20755221)
-
moderator.azAzərbaycanda bu universitetlərin rektoru yoxdur – SİYAHI ( 20750046)
-
olke.azYeni tələbələri rektorsuz qarşılayan UNİVERSİTETLƏR ( 20749272)
-
publika.azAzərbaycanda bu universitetlərin rektoru yoxdur ( 20748723)
-
mia.azDörd universitetə niyə rektor təyin edilmir? - SİYAHI ( 20748702)
-
mia.azDörd universitetə niyə rektor təyin edilmir? SİYAHI ( 20748684)