RU

ABB-nin səhmdarlarının sayı açıqlanıb

30 İyun 2025-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının (ABB) 29 min 953 şəxs, o cümlədən 29 min 921 şəxs fiziki, 32 hüquqi şəxs səhmdarı olub. 

Marja.az xəbər verir ki, ötən ilin sonu ilə mqayisədə ABB-nin cəmi səhmdarlarının sayı 2 min 278 şəxs, o cümlədən fiziki şəxs səhmdarların sayı 2 min 277 şəxs, hüquqi şəxs səhmdarların sayı isə 1 şəxs azalıb.

Qeyd edək ki 31 dekabr 2024-cü il tarixində ABB-nin 32 min 231 min şəxs, o cümlədən 32 min 198 şəxs fiziki şəxs, 33 hüquqi şəxs səhmdarı var idi. 

ABB-nin 1 milyard 181 milyon 121 min manat nizamnamə kapitalının 92,18%-i Azərbaycan dövlətinə məxsusdur.

24 sentyabr 2024-cü ildə ABB-də Bankın səhmlərinin yerləşdirilməsi prosesinin nəticələri ilə bağlı keçirilmiş brifinqdə bildirilmişdi ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 min 105 nəfərə qədər artıb.

Избранный
28
1
marja.az

2Источники