RU

Kabildə avtobus aşdı- 25 ölü

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusu aşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 Bildirilib ki, avtobusun aşması nəticəsində 25 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülmətin Kani Kabildə baş verən yol qəzası ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, qəzanın səbəbi sürücünün səhlənkarlığı olub.

Избранный
48
1
operativmm.az

2Источники