RU

“O insan mənim karyeramda böyük rol oynadı” “Sabah”ın sabiq futbolçusu

Idmanxeber.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Aleksey İsayev Rusiyanın “Championat.com” saytına müsahibəsində karyerasındakı dönüş nöqtəsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Azərbaycandakı karyerasının inkişafını belə izah edib:

“Sumqayıt”dan “Sabah”a, oradan isə “Qarabağ”a keçməli idim, amma məzuniyyətdə həyətimizdə oynayarkən beşinci pəncə sümüyümü sındırdım. Həmin an bir az qorxdum, elə bildim ki, komandam qalmadı”.

İsayev bildirib ki, məhz bu vaxt “Sabah” klubu ilə əlaqə qurulub:

“Klubun prezidenti Maqsud Adıgözəlovla görüşdük. O insan mənim karyeramda böyük rol oynadı. Mən zədəli halda komandaya götürüldüm, əməliyyat oldum, sağaldım və yenidən oynamağa başladım”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
idmanxeber.az

2Источники