RU

AQTA sədri Hacıqabulda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 19-u saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq sentyabrın 18-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

Избранный
18
6
report.az

10Источники