RU

Çəkiliş qrupunun maşını dərəyə yuvarlandı FACİƏ

Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, yolun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 1 nəfərin isə ağır yaralandığı deyilir.

Ölən "Ford" markalı avtomobilin sürücüsüdür. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər. Pepperoni pizza

Qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
36
yenisabah.az

10Источники