RU

Bürclərə görə kitab seçimi: hansı bürc hansı əsəri oxumalıdır?

  Astrologiya ilə maraqlananların diqqətini çəkəcək yeni bir siyahı hazırlanıb.

Referans  xəbər verir ki, uzun illərdir bürclərin insan xarakterinə təsiri müzakirə olunsa da, indi bu mövzu ədəbiyyatla da əlaqələndirilib.

Mütəxəssislər hesab edirlər ki, insanın zövqləri, maraq dairəsi və hətta oxu vərdişləri belə bürclərin təsiri altında formalaşa bilər. Bu yanaşmaya əsasən, hər bürc üçün uyğun kitab janrı və nümunə əsərlər müəyyənləşdirilib. Məqsəd oxucuların həm öz daxili dünyalarını daha yaxşı tanımaları, həm də seçdikləri əsərlərdə özlərini tapmalarıdır.

Bəs hansı bürc hansı kitabı oxumalıdır?

Od bürcləri – Qoç, Şir və Oxatan – macəra, liderlik və azadlıq mövzularına üstünlük verir. Məsələn, Qoçlara Heminqueyin “Qoca və Dəniz” əsəri, Oxatanlara isə Herman Hessenin “Siddhartha” əsəri tövsiyə olunur.

Torpaq bürcləri – Buğa, Qız və Oğlaq – daha çox klassik ədəbiyyata meylli sayılır. Buğalar üçün Tolstoyun “Anna Karenina”sı, Qızlar üçün Dostoyevskinin “Cinayət və Cəza”sı, Oğlaqlar üçün isə Şoloxovun “Səssiz Don”u məsləhət görülür.

Hava bürcləri – Əkizlər, Tərəzi və Dolça – zəka, harmoniya və sosial ədəbiyyata yönəlir. Siyahıda Əkizlər üçün “Əli və Nino”, Tərəzilər üçün Şekspirin “Romeo və Cülyetta”sı, Dolçalar üçün isə Corc Oruellin məşhur “1984” romanı var.


Su bürcləri – Xərçəng, Əqrəb və Balıqlar – emosional və dərin mənalı əsərlərlə seçilir. Xərçənglər üçün “Balaca Şahzadə”, Əqrəblər üçün Kamyunun “Əcnəbi” əsəri, Balıqlar üçün isə Sabirin poetik irsi məsləhət görülür.

Mütəxəssislər vurğulayır ki, bu cür seçimlər oxucuların kitablarla daha möhkəm bağ qurmasına, öz daxili aləmini dərk etməsinə və oxu prosesindən daha çox zövq almasına kömək edə bilər./Musavat.com

Избранный
14
referans.az

1Источники