RU

Ramin Musayev: “Ferentsvaroş"un sürpriz edəcəyinə inanmıram"

"Qarabağ" cütün taleyini artıq həll edib".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında PFL-in 2008 - 2022-ci illərdə prezidenti olmuş Ramin Musayev bu gün keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyunu barədə danışarkən deyib.

O, Ağdam təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşdə çətinlik çəkməyəcəyini söyləyib: "Ferentsvaroş"un burada sürpriz edəcəyinə inanmıram. "Qarabağ"ın səfərdəki 3:1 hesablı qələbəsi əsas mərhələyə vəsiqə üçün bəs edəcək".

Musayev baş məşqçi Qurban Qurbanovun cavab matçda heyətdə dəyişiklik etməməli olduğunu bildirib: "Futbolun yazılmamış qanunu var ki, udan heyəti dəyişməzlər. Sadəcə, Musa Qurbanlıya şans verilə bilər. Macarıstandakı oyunda onun qol vurması Qurban müəllimdə inam yaratdığını düşünürəm. Məncə, birinci hissə olmasa da, ikincidə oynamalıdır".

O, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağı təqdirdə hücum xəttini gücləndirməli olduğunu vurğulayıb: "Gələcəkdə də nailliyətlər əldə etmək istəyirlərsə, legioner hücumçu transfer edilməlidir. Yerli bazarda nə varsa ortadadır. Müdafiə xəttində Kevin Medinanın varlığı məni arxayın edir. O, demək olar ki, 50% qapıçıdır. Qapıda isə Mateuş Koxalski qalmalıdır. Şahruddin Məhəmmədəliyev qəşəng azarkeşlik edir, ona toxunmasaq daha yaxşı olar (gülür - red.)".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İdman.biz

Избранный
2
2
idman.biz

3Источники