RU

Azərbaycanda tütün ixracı azalıb, idxalı artıb

BAKI, 27 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 28 milyon 618.64 min ABŞ dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azdır.

Hesabat dövründə ölkəyə 70 milyon 347.98 min manatlıq tütün və tütünün sənaye əvəzediciləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% faiz artım deməkdir.

Qeyd edək ki, cari ilin 7 ayında tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0.19%-ni, idxal isə ümumi idxalın 0.52%-ni təşkil edib.

Избранный
3
teleqraf.com

1Источники