"Kristal Pelas" klubu "Vilyarreal"dan Yeremi Pinonu heyətinə qatmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu bu gün London olacaq. O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Bu barədə "The Athletic" məlumat yayıb.

Pino yeni klubu ilə 5 illik sözləşmə imzalayacaq. Premyer Liqa klubu onun üçün 25 milyon avro ödəyəcək.

"Vilyarreal" yetirməsi olan gənc futbolçu 2020-ci ildən bəri əsas komandada çıxış edirdi. O, burada 169 oyuna çıxıb və 22 qol vurub.