Yazını böyüt
Yazını kiçilt
Rusiya və Azərbaycan prezidentlərinin görüşünün Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində baş tutub-tutmayacağı daha sonra məlum olacaq.
Hafta.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
Diplomatın verdiyi məlumata görə, hazırda Vladimir Putin və onun həmkarları arasında ikitərəfli danışıqların qrafiki yekunlaşdırılır:
"Biz Putinin ikitərəfli görüşlərinin cədvəlini hazırlayırıq. O, sammit tədbirlərinin ümumi kontekstinə inteqrasiya edilməlidir. Hər şey yekunlaşdıqdan sonra məlumat verəcəyik".