RU

Bu şəxslər sosial ödənişləri ala bilməyəcək

Şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmir. Son günlər bununla bağlı müraciətlərin sayı artıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib.

O bildirib ki, Fondun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır: pizza hut

"Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil. Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun".


Telegram kanalımız
Избранный
20
24
yenisabah.az

10Источники