RU

Dərinin pH balansını qoruyan təbii vasitə: gül suyu

Gül suyu əsrlərdir dəri baxımında istifadə olunan ən təbii məhsullardan biridir.


Pravda.az bildirir ki, təmizləyici və nəmləndirici təsiri ilə yanaşı, xoş ətri və yüngül quruluşu səbəbindən son illərdə daha çox seçilir.


Gül suyunun faydaları:


Dərinin pH balansını qoruyur

Sızanağı azaldır

Tonlaşdırıcı təsir göstərir

Nəmləndirir və sakitləşdirir

Şişkinliyi azaldır

Həssas dəridə istifadə oluna bilər

Qocalma prosesini ləngidir


Necə istifadə olunur?


Gül suyunu pambıq vasitəsilə üz və boyun dərisinə tətbiq etmək olar. Daha güclü təsir üçün isə yarım stəkan gül suyuna 1 çay qaşığı qliserin əlavə edilərək təbii losyon hazırlanır. Bu qarışıq gündə bir dəfə, səhər və ya axşam istifadə edilə bilər.


Mütəxəssislər bildirir ki, gül suyu həm dərini canlandırır, həm də rəng bərabərsizliyini azaldaraq sağlam görünüş bəxş edir.


Əminə Bayramova 

Tarix: 27 Avqust 2025, 15:37   
Избранный
2
1
pravda.az

3Источники