Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
1-ci Liqa təmsilçisi "Cəbrayıl"ın ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.
Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Bəxtiyar Soltanov məlumat verib.
Ötən mövsüm "ASCO Arena"ya sığınan bölgə təmsilçisi rəqiblərini paytaxtda fərqli məkanda qəbul edəcək. Belə ki, "Cəbrayıl" qarşıdakı çempionatda ev oyunlarını Lökbatanda keçirəcək.
Xatırladaq ki, "Cəbrayıl" ötən mövsüm 1-ci Liqanı 7-ci yerdə başa vurub.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.