RU

“O, düzgün yolda gedir, tarixin ən yaxşılarından biri olacaq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Lamin Yamal haqda növbəti dəfə fikirlərini bölüşüb.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Yamalın futbol dahisi olduğunu bildirib:

“Yamal futbol dahisidir. Gənc yaşında o, artıq matçların nəticəsini müəyyənləşdirə bilir. Lamin düzgün yolda gedir. Biz ona hər cür dəstəyi veririk. O, tarixin ən yaxşılarından biri olacaq. Mən buna əminəm”.

18 yaşlı futbolçu İspaniya çempionatının cari mövsümündə iki oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Избранный
6
sportinfo.az

1Источники