RU

"Qarabağ" - "Ferentsvaroş" matçına doğru:Bilet axtaran çoxdur, dəllallar yoxdur

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda 3:1 hesabı ilə yendiyi "Ferentsvaroş"la cavab matçına çıxacaq.

Fanat.Az olaraq qarşılaşmanın başlamasına 5 saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına baş çəkmək qərarına gəldik.

Mərkəzi arenanın ətrafındakı sakitliyi görənlər bir neçə saatdan sonra bu stadionda belə bir görüş reallaşacağına çətin inanarlar. Yalnız kassanın önündə bilet almaq işini son günə saxlayanlara rast gəldik. Kənardan dəllala bənzəyən iki nəfərlə "sövdələşmə" cəhdlərimiz isə uğursuz alındı. Onlardan birinin cavabı belə oldu: "Yaxşı yerlərə bilet qalmayıb. Biz də alıb-satanları axtarırıq. Gözə dəymirlər".

Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" matçı 20:45-də başlayacaq. 

Nihat

Избранный
18
1
fanat.az

2Источники