RU

Şeyxdən xaricdə təmtəraqlı ad günü keçirməsi məsələsinə reaksiya

Dünən doğum gününü qeyd edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də olub. O, 76 yaşını qeyd edib. İddialara görə, şeyx doğum gününü xarici ölkələrdən birində təmtəraqlı şəkildə qeyd edib.

Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı Allahşükür Paşazadə Manset.az-a açıqlamasında doğum gününü sadə şəkildə ailəsi ilə birlikdə qeyd etdiyini bildirib:

“Hazırda Azərbaycandayam, ailəmin yanındayam. Doğum günümü elə belə öz ailəmlə keçirirəm. Ümumiyyətlə, təmtəraqlı ad günü qeyd etməyi heç vaxt sevməmişəm. Həmişə çalışmışam ki, sadə və ailəmlə birgə olsun. Xaricə getməyim isə yalnız işgüzar səfərlərlə bağlı ola bilər. Mən hamıya can sağlığı arzulayıram".

Избранный
6
2
olke.az

3Источники