RU

Dünya çempionatı: Türkiyənin voleybol millisi 1/8 finalda Sloveniyaya rəqib olub

Bakı, 27 avqust, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda təşkil olunan dünya çempionatının qrup mərhələsində son oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, "ay-ulduzlular" E qrupundakı üçüncü matçında Kanada seçməsi ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

İlk iki turda İspaniya və Bolqarıstanı da eyni hesabla məğlub edən Türkiyə yığması 1/8 finala maksimum nəticə ilə adlayıb.

Komanda 1/4 finala gedən yolda Sloveniya yığmasını sınağa çəkəcək.

Избранный
6
2
azertag.az

3Источники