RU

Almaniya hökuməti hərbi xidmət haqqında yeni qanun layihəsini təsdiqləyib

Almaniya hökuməti həftələrlə davam edən müzakirələrdən sonra hərbi xidmət haqqında yeni qanun layihəsini təsdiqləyib. Bundan sonra qanun layihəsi Bundestaqda müzakirə olunacaq.

Xezerxeber.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, təsdiqlənən hüquqi çərçivə gənc kişilərin qeydiyyatının aparılmasını nəzərdə tutsa da, ilk mərhələdə könüllülük prinsipinə və xidmətin cəlbediciliyinin artırılmasına əsaslanır. Koalisiya hökumətində yer alan CDU/CSU ittifaqının tələb etdiyi kimi, sülh dövründə ümumi hərbi mükəlləfiyyətin bərpası razılaşdırılmayıb. Lakin müdafiə naziri Boris Pistoriusun tələbinə əsasən, hərbi-siyasi vəziyyət və ya könüllülərin çatışmazlığı hərbi mükəlləfiyyəti zəruri edəcəyi təqdirdə Bundestaqın razılığı tələb olunacaq.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyinin iyulun 31-nə olan məlumatına əsasən, Bundesverin aktiv şəxsi heyəti 260 min nəfərdir. Onların 182 min 984-ü hərbi qulluqçu, 80 min 602 nəfəri isə mülki şəxsdir.

Almaniya ordusu üçün təxminən 80 min hərbi qulluqçuya tələb olduğu bildirilir. NATO isə Almaniya üçün 260 min nəfərlik döyüşə hazır ordunu zəruri hesab edir. Yeni hərbi xidmət əsasən daha böyük ehtiyat qüvvənin formalaşdırılması üçün əsas yaradacaq. Planlara görə, 2027-ci ildən etibarən məcburi tibbi müayinə tətbiq ediləcək. Qeydiyyat zamanı gənc kişilər sorğu anketində hərbi xidmətə hazır və uyğun olub-olmadıqları barədə məlumat verəcəklər. Bu, qadınlar üçün könüllü olacaq.

Yeni hərbi xidmətin əsas hədəf qrupu 18–25 yaşlı gənclərdir. Hərbi xidmətin cəlbediciliyini artırmaq üçün bir sıra güzəştlərin tətbiqi də nəzərdə tutulur.

Избранный
2
2
xezerxeber.az

3Источники