RU

"Barselona" 25 milyona vinger alır

Hüquqları Argentinanın "River Pleyt" klubuna məxsus olan 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Yan Subiabre İspaniya çempionatında peyda ola bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Deadlinedaylive" məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Barselona" onun transferində maraqlıdır. Subiabrenin müqaviləsindəki satınalma məbləği 25 milyon avrodur. Cinah oyunçusunun Argentina nəhəngi ilə müqaviləsinin müddəti gələn ilin dekabr ayının sonuna kimi hesablanıb. 

"Transfermarkt" gənc futbolçunun bazar dəyərini cəmi 1,2 milyon avro qiymətləndirir.

Mirağa

Избранный
3
1
fanat.az

2Источники