RU

DTX-dan kiber cinayətkarlığa qarşı mübarizədə tarixi yenilik!

Kriptovalyuta müsadirəsi və beynəlxalq virtual aktiv xidməti təminatçıları ilə əməkdaşlıq...

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mütəşəkkil dəstənin törətdiyi cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub. Qərarın icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilib.

DTX tərəfindən gerçəkəşən bu əməliyyat öz unikallığı və bənzərsizliyi ilə diqqət çəkir. Bu, hər şeydən öncə ölkəmizin hüquq-mühafizə orqanları tarixində bir ilk, tarixi yenilikdir. Çünki ilk dəfə olaraq cinayət predmeti olan onlayn valyutanın – kriptovalyutanın üzərində həbs qoyulur.

İkincisi, DTX-nın məlum addımı adıçəkilən qurumun kiber cinayətkarlığa qarşı mübarizə sahəsində ciddi peşəkarlığa malik olduğunu, bu cür cinayətlərin əngəllənməsi və de-şifrə edilməsi üçün effektiv mexanimzlərə yiyələndiyini göstərir.

Üçüncüsü, DTX-nın üzərinə həbs qoyulan kriptovalyuta ilə bağlı qərarın praktik icrası üçün beynəlxalq virtual aktiv xidməti təminatçıları ilə əməkdaşlığı kiber cinayətkarlğa qarşı səmərəli mübarizə üçün qlobal əməkdaşlığın önəmini göstərir. Bu fakt sübut edir ki, müasir dünyamızda bəzi cinayətlər artıq bir ölkənin sərhədləri daxilinə sığmır və onun ifşası beynəlxalq əmədkaşlığı zəruri edir.

Və nəhayət, DTX-nın həbs qərarının icrası üçün virtual aktiv xidməti təminatçılarına müraciət etməsi, sadəcə Azərbaycan deyil, beynəlxalq təhlükəsizlik baxımından da yeni və maraqlı təcrübə formalaşdırır. Çox güman ki, DTX-nın bu addımı gələcəkdə digər dövlətlər üçün də nümunə olacaq və onlar da kiber cinayətkarlığa qarşı mübarizə çərçivəsində virtual aktiv xidməti təminatçıları ilə əməkdaşlıq edəcəklər.

Bir sözlə, DTX-nın məlum əməliyyatı faktiki olaraq yeni bir dönəmin başlanğıcını qoydu. DTX praktiki şəkildə sübut etdi ki, artıq bundan sonra Azərbaycanda kiber cinayət törətmək istəyən şəxslər bir deyil, iki dəfə düşünməli və sürpriz  həmlələrə hazır olmalıdırlar.

Seymur ƏLİYEV

Избранный
6
2
moderator.az

3Источники