RU

Bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252.2 min ABŞ dolları dəyərində 21 min 814.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb. 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 28 milyon 374 min ABŞ dolları dəyərində 23 min 965 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti əvvəlki dövrlə müqayisədə 22% artaraq 2.44 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 742.8 ton, İndoneziyadan isə 21 min 71 ton palma yağı idxal edilib.

Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.

Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Hesabat dövründə Azərbaycanda 23 min 512 ton marqarin istehsal edilib.

Избранный
23
6
7times.az

8Источники