Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Naxçıvan, 27 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin təmiri diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mütəmadi olaraq müvafiq işlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qeyd olunan işlərin davamı olaraq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Milli Dram Teatrının təmiri ilə bağlı olaraq mövcud binaların layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb. Şirkət tərəfindən müqaviləyə uyğun olaraq hər üç binanın layihə sənədləri hazırlanacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.