Noyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
Dövlət Xidmətinin məlumatına görə, hərraca 29 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Daha ətraflı məlumat: https://clck.ru/3NspRX