RU

“Mançester Yunayted" bu gün 126 illik stadionda matça çıxır

Bu gün Karabao Kubokunun 2-ci turunda maraqlı qarşılaşma baş tutacaq.

Fanat.Az xəbər verir ki, İngiltərənin 4-cü Liqa təmsilçilərindən "Qrimsbi Taun" "Mançester Yunayted" ilə üz-üzə gələcək.

"Qrimsbi Taun"un ev oyunlarını keçirdiyi "Blundell Park" stadionu 1899-cu ildən bəri – düz 126 ildir fəaliyyət göstərir. Arenanın tamaşaçı tutumu 9 min nəfərdir.

Maraqlı fakt odur ki, "Blundell Park" dəniz səviyyəsindən cəmi 0,6 metr yüksəklikdə yerləşdiyi üçün İngiltərənin ən alçaq stadionu hesab olunur.

Tarixi stadion bu gün futbolsevərlərin diqqət mərkəzində olacaq

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da baç tutacaq.

Kamil Xudiyev

Избранный
8
1
fanat.az

2Источники