RU

Litva danışıqlara Macarıstansız başlamağı təklif edib



Litva Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqlara Macarıstanın rəyini nəzərə almadan başlamağı təklif edir, LRT agentliyi litvalı diplomatların məktubuna istinadən xəbər verir.
Vilnüs təklifinə görə, 27 üzv dövlətdən 26-sı Ukrayna ilə danışıqlara başlamağa razılaşa bilər və bununla da Budapeştin səsinə məhəl qoymur. Macarıstandan rəsmi icazə sonradan ölkə hakimiyyətinin mövqeyini dəyişdiyi təqdirdə əldə edilə bilər.

Orada həmçinin bildirilir ki, Macarıstanın baş naziri Viktor Orban sistematik olaraq veto hüququndan istifadə edərək, Ukraynayönlü təşəbbüslərə mane olur.

Məktubda həmçinin Ukraynanın Aİ-yə daxil olması üçün dəqiq tarix - 2030-cu il müəyyən edilib.

Bundan əvvəl Politico ABŞ prezidenti Donald Trampın Viktor Orbanı Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı Budapeştin mövqeyini dəyişməyə inandırdığını yazmışdı. Bildirilir ki, bu, Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski, Aİ və NATO ölkələrinin liderləri ilə görüşdən sonra baş verib.

aia.az
Tərcümə şöbəsi



Избранный
12
aia.az

1Источники