RU

Zelenski ABŞ-a yeni səfir təyin etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ABŞ-dakı səfiri vəzifəsinə vitse-premyer, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə məsul olan Olha Stefanışinanı təyin edib.

Editor.az xəbər verir ki, bu barədə dövlət başçısı axşam müraciətində məlumat verib.

“Bir qədər əvvəl Olha Stefanışina ilə danışdım — o artıq ABŞ-da Ukraynanın yeni səfiridir. Rəsmi prosedurlar tamamlandı, bu gün səfirin təyin olunması barədə fərmanı imzaladım”, — deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, yeni səfirin qarşısına Ukraynanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin fəaliyyətinin yenilənməsi və gücləndirilməsi ilə bağlı əsas vəzifələr qoyulub.

//Samir Qurbanov, Editor.az

Избранный
25
editor.az

1Источники