UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn “Qarabağ”ın rəqibləri sabah – avqustun 28-də Monakoda keçiriləcək püşkatmada müəyyənləşəcək.
İdmanxeber.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və klub rəhbərliyi də iştirak edəcək.
Liqa mərhələsində Ağdam təmsilçisinin 8 rəqibi olacaq – 4 oyun evdə, 4 oyun isə səfərdə keçiriləcək. Turnirin əsas mərhələsində 36 komanda mübarizə aparacaq.