RU

ABŞ-da 473 milyon dollar dəyərində tonlarla narkotik vasitə ələ keçirilib

ABŞ Sahil Mühafizəsi Florida sahillərində narkotik alverçilərini saxlayıb.

Editor.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi iyunun 26-dan avqustun 18-dək Karib dənizi və Sakit Okeanın şərqində 19 narkotik daşıyan gəminin qarşısını alıb.

Gəmilərdə 28 ton kokain və 6,3 ton marixuana olub. Narkotiklərin ümumi dəyəri 473 milyon dollar qiymətləndirilir.

“ABŞ Sahil Mühafizəsi və tərəfdaşlarımız tərəfindən ələ keçirilən 23 milyon potensial ölümcül doza kokain Florida ştatının bütün əhalisinin həddindən artıq dozaya səbəb ola bilər”,- deyib.

Qeyd edək ki, mart ayında Portuqaliya səlahiyyətliləri Avropaya gedən 6,5 ton kokain daşıyan gəmini ələ keçiriblər. Qismən batmış gəmi Atlantik Okeanında, Azor adalarından təxminən 500 dəniz mili cənubda ələ keçirilib.

//Gülnarə Abasova, Editor.az

Избранный
29
editor.az

1Источники