RU

AFFA prezidentindən “Qarabağ”a ÇL təbriki

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Rövşən Nəcəf tarixi uğurla bağlı paylaşımında bunları qeyd edib:

“Qarabağ” futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm.

Uğurlar “Qarabağ”!

Xatırladaq ki, Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə 3:1 hesabıyla qalib gəldiyi Macarıstan çempionu “Ferentsvaroş”a Bakıda 2:3 hesabıyla uduzsa da, ümumi nəticədə (5:4) üstün olduğu üçün qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanıb.

Избранный
41
22
arena.az

10Источники