RU

Yevlaxda 16 yaşlı oğlan həmyerlisini bıçaqladı

YEVLAX, 28 avqust. TELEQRAF

Yevlaxda 16 yaşlı oğlanı 20 yaşlı həmyerlisi bıçaqlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə,bıçaqlanma hadisəsi Yevlax şəhər ərazisində baş verib. Rayon sakini 2009-cu il təvəllüdlüHüseyn Qasımov mübahisə zəminindəhəmyerlisi 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev tərəfindən bıçaqlanıb.

H.Qasımov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
30
8
teleqraf.com

10Источники