RU

Milli İradə, Güclü Dövlət Suverenliyin izi ilə" adlı tədbir keçirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Samux rayonu üzrə nümayəndəsi Yusifzadə Mələkxanım təşəbbüsü, Samux Rayon İcra Hakimiyyəti və Samux rayonu üzrə təhsil sektorunun dəstəyi ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Milli İradə, Güclü Dövlət Suverenliyin izi ilə" adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan xalqının milli azadlıq mübarizəsini, dövlətçilik tarixini, müstəqillik və suverenlik uğrunda keçdiyi tarixi yolu gənclərə tanıtmaq, gənclərdə vətənpərvərlik hissini gücləndirmək, milli kimlik və dövlətçilik dəyərlərinə bağlılığı möhkəmləndirməkdir. Tədbir zamanı mövzu ətrafında geniş çıxışlar olundu.

Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildi.

Избранный
19
qht.az

1Источники