RU

Türkiyənin vitse prezidenti: Zelenski və Putin İstanbulda görüşə bilər

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski İstanbulda görüşə bilər.

APA xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

Yılmaz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki tərəflə yaxşı münasibətə malik olduğunu vurğulayaraq tərəflərin Türkiyədə görüşünü mümkün sayıb.

“Zelenski və Putin İstanbulda görüşə bilər. Niyə də olmasın? Prezidentimiz səmərəli ünsiyyəti ilə prosesi qətiyyətlə idarə etdi. O, Ukraynanın hüquqi mövqeyini qəbul etdi və digər tərəfdən, cənab Putinlə də prosesi çox müsbət şəkildə idarə etdi. Hər iki tərəflə güvən hissi ilə ünsiyyət qura bilən lider kimi həlledici mövqe tutur. Taxıl müqaviləsindən tutmuş məhbus mübadiləsinə qədər konkret nəticələr əldə olunub. Türkiyə həmişə alternativ həll yoludur.”, - Yılmaz deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
apa.az

3Источники