RU

Fənərbaxça ÇL lə vidalaşdı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşib.

QOL.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda "Ferensvaroş"la qarşılaşıb və 2:3 hesabı ilə uduzub. Ağdam klubu iilk matçda 3:1 hesablı qələbə qazandığı üçün tarixində 2-ci dəfə ÇL-in əsas mərhələsinə yüksəlib.

Həmçinin Türkiyə "Fənərbaxça"sı "Benfika"ya məğlub olaraq mübarizəni dayandırıb. "Kopenhagen" "Bazel", "Brügge" isə "Reyncers" səddini aşıb.

Xatırladaq ki, ötən gecə "Kayrat", "Pafos" və "Budo-Qlimt" Liqa mərhələsinə vəsiqə əldə ediblər. 

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3

Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1), B.Varqa, 55 - pen. (2:2), Tof, 81 (2:3)

İlk oyun - 3:1

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0

Qollar: Kornelyus, 46, Mukoko, 84-pen

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) - 1:0

Qol: Aktürkoğlu, 35

İlk oyun - 0:0

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0

Qollar: Tresoldi, 5, Vanaken, 32, Seys, 41, 45, Stankoviç, 45+2, Tzolis, 50

İlk oyun - 3:1

26 avqust

"Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 0:0, Penaltilər seriyası - 3:2

İlk oyun - 0:0

"Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1

İlk oyun - 2:1

"Şturm" (Avstriya) - "Budo/Qlimt" (Norveç) - 2:1

İlk oyun - 0:5

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
2
qol.az

8Источники