RU

ÇL: Pley-off mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə bu gün yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.

Bir ayağı Liqa mərhələsində olan Azərbaycan çempionu "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" ötən həftə səfərdə 3:1 yendiyi Macarıstan çempionu "Ferentsvaroş"a doğma meydanda 2:3 məğlub olsa da ümümi hesabda (5:4) üstün olaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Bu gün həmçinin, Portuqaliya nəhəngi "Benfika" qardaş Türkiyə təmsilçisi "Fənərbağça"nı, "Kopenhagen" (Danimarka) "Bazel"i (İsveçrə), "Brügge" (Belçika) isə "Reyncers"i (Şotlandiya) məğlub edib.  

Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun siyahısı formalaşacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)
İlk oyun - 3:1. İkinci oyun - 2:3

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
İlk oyun - 0:0. İkinci oyun - 1:0

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə)
İlk oyun - 1:1. İkinci oyun - 2:0

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1. İkinci oyun - 6:0

Избранный
5
fanat.az

1Источники